Meksikanın Sonora şəhərində bir evdə zorla saxlanılan 113 miqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.
Elchi.az xəbər verir ki,Meksika mətbuatında çıxan xəbərə görə, polis qrupları, San Luis Rio Kolorado əyalətində immiqrantların zorla saxlanıldığı evə basqın edib.
Polis qrupları 113 immiqrantı sağ-salamat xilas edə bilib.
Səlahiyyətlilər xilas edilənlərin Kolumbiya, Braziliya, Dominikan Respublikası, Kuba, El Salvador, Ekvador, Honduras, Hindistan, Nepal və Əfqanıstan vətəndaşları olduğunu və Milli Miqrasiya İnstitutuna təhvil veriləcəyini bildirib.
Əməliyyat çərçivəsində insan qaçaqmalçısı olduğu bildirilən 5 nəfərin də saxlanıldığı bildirilib.
Meksikadakı bir çox mühacir daha yaxşı həyat ümidi ilə ABŞ-a qaçmaq istəsələr də, dəstələrin və mütəşəkkil cinayət qruplarının əlinə keçirlər.
Mərkəzi Amerika ölkələrindən çoxlu mühacir Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.
Nuranə Məmmədova