Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tehranda səfirlik əməkdaşının ölümü ilə bağlı başsağlığı verib.
Elchi.az xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında yazdığı paylaşımda deyilir:
“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...