"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Mehriban Əliyeva yenidən qurulan idman obyektlərində

29 Avqust 2014 - 00:40
in MANŞET
FacebookVatsap
Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa f716dfe2af4c20c53e254d351abc64f6Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.

 

APA-nın məlumatına görə, bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Dövlətimizin başçısının birbaşa tapşırığına əsasən Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarında da ən müasir idman infrastrukturu yaradılır, yeni Olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva əvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov layihə əsasında görülən işlər barədə ətraflı məlumat verib. Mehriban Əliyevaya stadionun müxtəlif görüntüləri təqdim edilib. Bildiril ki, stadionda işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur. Mükəmməlliyi ilə diqqəti cəlb edən, 70 min tamaşaçı tutumu olacaq, altımərtəbəli stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan tikinti işlərinin əsas hissəsi başa çatıb. Beynəlxalq standartlara tam cavab verəcək bu idman obyektində əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina, müxtəlif funksiyalı tribunalar və digər infrastruktur tikilir. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq, stadionun ətrafında əsaslı abadlıq və geniş yaşıllaşdırma işləri aparılacaq.

2012-ci ilin noyabrında tammiqyaslı inşasına başlanılan stadionda işlər layihə üzrə nəzərdə tutulduğu kimi gələn ilin fevralında yekunlaşacaq. Beləliklə, Bakı Olimpiya Stadionu gələn il ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarınadək istifadəyə veriləcək. Tikinti işlərinin gedişi ilə tanış olan birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində görülən təmir işləri ilə tanış olub. Məlumat verilib ki, ümumi ərazisi 46 min kvadratmetr olan kompleksin təmir işlərinin gələn ilin yanvarında başa çatdırılması nəzərdə tutulub. Məşq korpusunun birinci və ikinci mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi yeni keramik örtüklə üzlənib, tavanda son tamamlanma işləri gedir. İdman-Konsert Kompleksi yeni internet şəbəkəsi, təhlükəsizlik və xəbərdarlıq sistemləri ilə təchiz ediləcək. Binada yeni yanğınsöndürmə və videomüşahidə sistemləri də quraşdırılacaq.

Paytaxtın mərkəzində, Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında da əsaslı təmir işləri aparılır. Binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür. Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaqdır. Bakı İdman Sarayında aparılan təmir işləri də birinci Avropa Oyunlarına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva binada aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün Bakı İdman Sarayına gəlib.

Məlumat verilib ki, artıq sarayın yenidənqurma işləri yekunlaşıb, struktur işləri də tamamlanmaq üzrədir. Bildirilib  ki, struktur işləri ilə paralel binanın daxili tamamlanma işləri də yerinə yetirilir. Hazırda otaqlar, arakəsmələr və tavan işləri görülür. Qeyd olundu ki, bu idman sarayında müasir havalandırma sistemi qurulur, su və elektrik təchizatı işləri aparılır. Təmir işləri zamanı binanın seysmik dayanıqlığı da nəzərə alınıb. Bunun üçün sarayda xeyli sayda bərkitmə işləri aparılıb. Əlavə olaraq binaya zirzəmi qatından 5 ədəd yanğın çıxışı pilləkən qəfəsləri də qoyulub. Bununla yanaşı, birinci mərtəbədə yanğın üçün 12 təxliyyə qapısı nəzərdə tutulub. Dördmərtəbəli binada 6 müasir lift də quraşdırılıb. Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə oturacaqların sayı artırılaraq 1500-dən 1850-yə çatdırılıb.

Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Bakı İdman Sarayının fasad işləri barədə də məlumat verildi. Bildirildi ki, layihəyə uyğun olaraq sarayın fasadının yenidən üzlənməsi işləri həyata keçirilir. Binada təmir işləri ilin sonunadək yekunlaşacaq.

Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırıb və inşaat işlərinə başlanılıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, tikintisinə ötən ilin fevral ayında başlanılan Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu yaradılır. Uzunluğu 50, eni 25 metr olacaq əsas hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Məşq hovuzunun bir hissəsində dərinliyi artırıb-azaltmaq mümkün olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Sarayda keçiriləcək idman yarışlarını 6 min 200 tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Ən vacib məqamlardan biri isə odur ki, idman sarayının enerji tələbatının 25 faizini burada quraşdırılan günəş batareyaları təmin edəcəkdir.

Bundan başqa, sarayda fitnes zalları, SPA mərkəzi, trenajor zalları, restoran, 100 nəfərlik konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil dayanacağı yaradılacaq. Bildirilib ki, xarici və yerli şirkətlərin icra etdiyi tikinti işləri cədvəl üzrə vaxtında başa çatdırılacaqdır.

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Previous Post

Mehriban Əliyeva yenidən qurulan idman obyektlərində

Next Post

“Qarabağ”dan möhtəşəm oyun

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post

“Qarabağ”dan möhtəşəm oyun

“Qarabağ”dan möhtəşəm oyun

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.