Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-dakı siyasi vəziyyətdən danışıb. O, xüsusən də ABŞ-ın prezidentlərindən, onlarla keçmişdə və indiki münasibətdən danışıb.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Medvedev ABŞ rəhbərliyinə əvvəllər etiraz edilən namizədlərin sadəcə olaraq öldürüldüyünə diqqət çəkib.
Siyasətçi Tvitter səhifəsində “İrəliləyiş göz qabağındadır”,-deyə qeyd edib.
Görünür, Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampı nəzərdə tutur. O, qanunsuz olaraq sənədlərin saxlanması və 2021-ci il seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmaq cəhdində ittiham olunub.
Yeganə