“Ukraynalılara boş xəyallara qapılmamağı tövsiyə edirəm, çünki polyakların vəzifəsi öz tarixini bərpa etməkdir. Onlar Ukrayna ərazisini bölmək istəyirlər”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Bunun nəticəsində Ukrayna dövlətçiliyini itirəcək. Prezident Andrzej Duda daha əvvəl Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağını, iki ölkənin xalqlarının ortaq xoşbəxtlik və ümumi güclərini birlikdə quraraq birlikdə yaşaya biləcəyini bildirib. Bu, tamamilə yalandır”, – Medvedev Polşa ilə bağlı ittihamlar səsləndirib.