Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna ətrafında baş verən hadisələr nəticəsində “Koreya ssenarisi”nin mümkünlüyü ilə bağlı versiyasını şərh edib.
Elchi.az-ın məlumatına görə, Medvedev bildirib ki, Ukraynanın Qərbin nəzarəti və himayəsi altında Cənubi Koreya səviyyəsinə çatmaq istəyi sadəcə arzudur.
Medvedev “Telegram” kanalında yazıb:
“Ukraynanın keçmiş əraziləri birləşdirməyə ümidi var. Bu halda Koreyanın 38-ci paralel boyunca bölünməsi ilə bənzətmə yersizdir, çünki bu bölgü iki müstəqil ölkə yaradıb, Donbass və digər ərazilər isə Rusiyanın tərkibinə daxil olub”.
Yeganə