Eyni zamanda, o, gec-tez danışıqların aparılacağını qeyd edib.
Elchi.az xəbər verir ki, Zelenski rejimi altında Ukrayna ilə danışıqlar başlaya bilməz, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vyetnama səfəri zamanı deyib.
“Nə qədər ki, Kiyev rejimi var, kloun Zelenski, danışıqlar mümkün deyil”, – Medvedev deyib.
O, həmçinin vurğulayıb ki, gec-tez danışıqlar masasına oturmaq lazım gələcək, amma indiki hakimiyyətlə yox. Rusiyanın sülh danışıqları ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Dmitri Medvedev münaqişənin həlli ilə bağlı digər ölkələrdən təklif olunan sülh təşəbbüslərindən danışaraq deyib ki, nəticə çıxarmaq üçün ilk növbədə onların hamısı öyrənilməlidir.
Şayəstə Hüseynova