Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması ilə bağlı nəşrləri şərh edib.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
“Çox güman ki, bu, Qərbin onu ləğv etmək qərarına gəldiyinin ilk sübutu ola bilər”,-deyə Medvedev Teleqram kanalında yazıb.
Xatırladaq ki, dünən-aprelin 18-də Ukraynanın təhlükəsizlik xidməti və Baş Prokurorluğu Polşa vətəndaşının həbs edildiyini açıqlayıb. Onların sözlərinə görə, o, Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib və Polşaya gələndə Zelenskiyə qarşı sui-qəsdin hazırlanmasında kömək təklif edib. İstintaq hesab edir ki, həmin şəxs Polşanın Rzeşov-Yasionka hava limanında təhlükəsizlik tədbirləri barədə məlumat verməli idi.
Yeganə