“Polşa Rusiya üçün sonsuz düşmən bir qurumdur”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb.
O qeyd edib ki, Polşa ordusunda banderlərin olması ab-hava yaratmır və Rusiya raketlərinin dəqiqliyinə təsir göstərmir.
“Polşa, Ukraynanın parçaları olsun və ya olmasın, hər halda bizim üçün son dərəcə düşmən bir qurumdur. Polşa ordusunda banderlərin olması da ab-hava yaratmır və “Sarmats”, “Kalibrlər” və “Zirkonların” istifadəsinin düzgünlüyünə təsir göstərmir”,-deyə o, qeyd edib.
Medvedevin sözlərinə görə, polyaklar Ukrayna ilə dövlətlərarası ittifaqın dirçəldilməsi və Reç Pospolitanın dənizdən-dənizə bərpası ideyasını arzulayırlar.
Yeganə