Medvedev Kissinceri tənqid etdi

148

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinceri tənqid edib.

Elchi.az bu barədə mk.ru-ya istinadən xəbər verir.

Qeyd edək ki, Kissincer Ukraynanın Şimali Atlantikaya qəbul edilməsi ilə bağlı çağırış edib. Medvedevin sözlərinə görə, Kissincer bu məsələdə yanlış mövqe tutub:

“Bu məsələdə o, tamamilə yanılır. Kissincer bəşəriyyət üçün əsas təhlükəni Çin və ABŞ arasındakı münaqişələr adlandırıb. Həmişə hesab etmişəm ki, vəziyyəti düzgün qiymətləndirmək üçün hipotetik deyil, birbaşa və aşkar təhlükəni nəzərə almaq vacibdir”, -deyə Medvedev bildirib.

Yeganə