“Rusiya ABŞ-dakı aralıq seçkilərdən asılı olmayaraq, döyüş meydanında öz məqsədlərinə çatmağa davam etməlidir”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “MAX” telekanalında bildirib.
O, vurğulayıb ki, əsas diqqət Ukraynadakı xüsusi əməliyyata yönəldilməlidir.
“Biz uzaq Amerikada hansı seçkilərdən asılı olmayaraq, bir şeyi effektiv etməliyik: tam qələbəyə qədər düşməni döyüş meydanında əzmək”,-deyə Medvedev yazıb.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bəyan etmişdi ki, demokratların aralıq seçkilərdə qələbəsi Rusiyanın maraqlarına ciddi təsir göstərməyəcək.
Noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilib. Nəticədə Demokratlar Partiyası əvvəllər respublikaçıların nəzarətində olan Konqresin hər iki palatasına nəzarəti ələ keçirib.
Yeganə





















