Dmitri Medvedev xüsusi əməliyyat nəticəsində Rusiyaya qarşı təhdidlərin sərhədlərini mümkün qədər uzaqlaşdırmağa çağırıb.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev xüsusi hərbi əməliyyat zamanı Rusiyaya qarşı təhdidlərin sərhədlərini mümkün qədər irəli aparmağa çağırıb və qeyd edib ki, xüsusi əməliyyatın bütün məqsədlərinə nail olmaq lazımdır.
“Xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmaq vacibdir. Ölkəmizə qarşı təhdidlərin sərhədlərini mümkün qədər uzağa köçürün, hətta bu Polşanın sərhədləri olsa belə”, – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini özünün Telegram kanalında yazıb.
Şayəstə