“Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi ABŞ prezidenti Co Baydenin seçki strategiyasına ciddi zərbə vurub”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması – Ömürlük” partiyasının keçmiş lideri, “Başqa Ukrayna” hərəkatına rəhbərlik edən Viktor Medvedçuk deyib.
Smotrim.ru platformasında dərc olunan məqaləsində Medvedçuk yazır: “ABŞ-ın hazırkı prezidentinin siyasəti nəinki heç kimlə dialoqu, hətta hər hansı başqa fikri nəzərdə tutmur”.
Onun sözlərinə görə, Rusiya prezidenti Amerika Birləşmiş Ştatlarının başçıları və onların komandalarının əslində öz vətəndaşlarını, özlərini aldatdıqları zaman çoxlu faktlar göstərib.
“İndi opponentlər ya qulaqlarını bağlamalı və bunun doğru olmadığını söyləməlidirlər, ya da söhbətə qoşulmalıdırlar”,- deyə Medvedçuk bildirib.
O, həmçinin deyib ki, Bayden ABŞ-ın tam diktaturasını təbliğ edir, lakin Putinin müsahibəsi ABŞ-ın can atdığı həqiqətin monopoliyasını məhv etdi .
Yeganə