Media: Rusiya ilk dəfə Ukraynada ODAB-1500 ağır hava bombasından istifadə etdi

Alman hərbi ekspert Julian Roepke, Rusiya ordusunun Ukraynada ilk dəfə olaraq Sumi bölgəsinə hücumları zamanı ODAB-1500 termobarik həcmli partladıcı bombadan istifadə etdiyini söyləyib. Elchi.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazır. Mütəxəssis aydınlaşdırıb ki, bomba Velikaya Pisarevkaya atılıb, zərbədən sonra bir kilometr hündürlüyünə çatan tüstü buludu səmaya qalxıb. Onun sözlərinə görə, əvvəllər Rusiya hərbçiləri çəkisi 170-500 kq olan ODAB-dan istifadə ediblər. O qeyd edib ki, yeni, daha güclü bombadan istifadə münaqişənin yeni mərhələsidir. Nuranə Məmmədova