Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində ikitərəfli görüşlər olacaq.
Elchi.az–ın “Armenpress”-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli təmaslar mütləq baş tutacaq”, – deyə Peskov bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, Vladimir Putin Tacikistan və Qırğızıstan liderləri Emomali Rahmon və Sadir Japarov ilə görüşlər planlaşdırmır.
Moskva İrəvan və Bakı arasında vasitəçi rolunu oynamaqla yanaşı, dəfələrlə Bişkek və Düşənbə arasında vasitəçi kimi çıxış edib.
Yeganə