"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Xəbər

“Mavi balina” oynayan azərbaycanlı qız — “Hündür binaya çıxdıq”

04 Dekabr 2017 - 14:05
in Xəbər, XƏBƏR LENTİ
FacebookVatsap
“Mavi balina” oynayan azərbaycanlı qız
Uşaqları və yeniyetmələri “udan” internet oyunu artıq Azərbaycanda da yayılmağa başlayıb.

Xatırlatma verək ki, bu günlərdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə 6-cı sinif şagirdinin qolunda anlaşılmaz sıyrıqlar aşkar edildi. İddialara görə, həmin şagirdlər “Mavi balina” adlı uşaqlar və yeniyetmələr üçün təhlükəli oyunun təsirilə damarlarını kəsiblər. Bir müddət bundan öncə Şamaxının Xilmilli kəndində 16 yaşlı yeniyetmə özünü asaraq intihar etmişdi. Mətbuatda yayılan iddialara görə, yeniyetmə “Mavi balina” oynadıqdan sonra intihara əl atıb.
Bəs uşaqlar və yeniyetmələr bu oyuna necə aludə olur?

Bunu da oxuyun

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Elchi.az hazırda kollec tələbəsi olan 16 yaşlı yeniyetmə qız musavat.com-a oyun haqda danışıb: “Bu oyun “Appstore” və ya “Play market”dən yüklənmir. Doğrudur, orada bu oyunlar var, amma onlar uşaqlar üçündür, çox asandır və bildiyim qədər, təhlükəli deyil. Oyun “Facebook” səhifəmizə linklər vasitəsilə göndərilir. Əvvəldən oyun insana çox maraqlı gəlir, həm də digər oyunlardan heç bir fərqi olmur.

Ona görə də “bu oyunu oynamaq istəyirsən” sualına özündən asılı olmayaraq “bəli” cavabını verirsən. Beləliklə, öncədən xəbərdarlıq edilir, ad və soyadımız qeydə alınır və oyuna başlayırıq. Oyun 5 “level”dən ibarət olur. İlk tələblər bunlar olur: 1. Ülgüc ilə qolumuza F57 yazıb və şəklini çəkib göndərməliyik, 2. Səhər saat 4:20-də yuxudan oyanıb “inbox”umuza, daha doğrusu, “pgibopatç”a göndərilən qorxulu videolara baxmalıyıq, 3. Qolumuzu dərin olmayan şəkildə 3 dəfə kəsib şəklini göndərməliyik, 4. Bir kağız üzərində “Mavi balina” şəkli çəkib fotosunu göndərməliyik”.

Yeniyetmə qız oyun haqqında digər ilginc məlumatlar da verib: “Oyunu tək oynayırdıq. Amma istədiyin zaman onlayn olaraq digər uşaqlara da qoşula bilirdik. Həmin uşaqlar daha çox türklər idi. Ümumiyyətlə, oyunda türk uşaqları çoxdur. Türkiyədən bir qrup var idi ki, onlar bu oyuna tez-tez qoşulurdular. Bakıdan isə ”Tarqovıy uşaqları” adlı qrup oyunda fəallıq göstərirdi. Qrupda qızlar çox az idi. Bəzən oyunda olan uşaqlara birlikdə hündür binanın üstünə çıxıb oradan fotolar çəkdirib oyuna göndərirdik. Çünki oyunun digər şərtlərindən biri bu idi. Eyni zamanda, qrupda olan uşaqlar bir-birilərinə çox qorxunc, başı, bədənin müxtəlif əzaları kəsilmiş insanların fotolarını göndərir və bununla əylənirdilər”.

Yeniyetmə qız oyunun digər təhlükəli tərəflərindən də danışıb: “Ümumiyyətlə, oyun insanda çox ağır psixoloji yükləmələr yaradır. Şəxsən mən 3 dəfə bu oyuna girib, sonra çıxmışam. Çünki psixoloji ağırlıqlarına tab gətirə bilmirdim. Həm də oyun zamanı bizə çoxlu sayda təhdidlər gəlirdi. Bildirilirdi ki, əgər oyundan çıxsaq, qolumuzu kəsməyimizlə bağlı valideynlərimizə məlumat ötürüləcək, şantajedici şəkillərimiz sosial şəbəkələrdə paylaşılacaq. Sonuncu dəfə oyuna bu ilin yay tətilində başladım və bütün yay boyu oyunun təsiri altında qaldım. Oyundan çıxmaq çox çətindir, çünki istər-istəməz insanda bağlılıq yaradır və təsirindən çıxmaq olmur. Lakin sonradan oyunun şərtlərinin çətinləşdiyini görüb oyunu bağlamaq qərarına gəldim. Bir daha oyuna geri dönmək fikrim yoxdur”.

Qeyd edək ki, Türkiyədə artıq bu oyuna qarşı “Ononimous” kampaniya başladıb. Ötən ay Türkiyə mətbuatında yayımlanan məlumata görə, təkcə bir ay ərzində Türkiyədə iki gənc məhz bu oyunun təsiri altında intihar edib.

Rusiyada isə 2015-cil ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 yeniyetmənin bu oyunun təsirindən intihar etdiyi məlum olub. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də “Mavi balina” oyunun yaradıcısı olduğu ehtimalı var.

Araşdırmalar zamanı məlum olub ki, oyun artıq Qazaxıstana, Ukraynaya, Türkiyəyə, Avropaya yayılıb. Yeniyetmə qızın açıqlamalardan belə məlum olur ki, uşaqları, yeniyetmələri təsir altına salıb, onları intihara sövq edən “Mavi balina” artıq 2 ildən çoxdur ki, ölkəmizdə də virus kimi yayılmaqdadır.

Previous Post

“Mavi balina” oynayan azərbaycanlı qız — “Hündür binaya çıxdıq”

Next Post

Qar yağacaq, temperatur 6 dərəcə aşağı enəcək — XƏBƏRDARLIQ

Bənzər yazılar

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb...

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35

İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir. Elchi.az ISNA-ya istinadən xəbər verir...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Qar yağacaq, temperatur 6 dərəcə aşağı enəcək — XƏBƏRDARLIQ

Qar yağacaq, temperatur 6 dərəcə aşağı enəcək — XƏBƏRDARLIQ

Son xəbərlər

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.