MasterChef Avstraliyanın məşhur aşpazı və münsiflər heyətinin üzvü Cok Zonfrillo 46 yaşında vəfat edib. Zonfrillonun ölümü şübhəli sayılmır.
Elchi.az xəbər verir ki,MasterChef Avstraliyadan verilən açıqlamada deyilir: “MasterChef ailəsinin sevimli üzvü Cok Zonfrillonun qəfil itirilməsi bizi dərindən sarsıtdı və kədərləndirdi. Cok avstraliyalılar tərəfindən ən çox satan müəllif, aşpaz, xeyriyyəçi və MasterChef hakimi kimi tanınırdı.O, sevgi dolu ata, ər, qardaş və oğul kimi xatırlanacaq”.
Digər tərəfdən, Zonfrillonun ölümü şübhəli sayılmır.
Qlazqoda italyan ata və şotland ananın uşağı kimi dunyaya gələn Cok Zonfrillo 20 yaşında Avstraliyaya köçdü və 2019-cu ildə MasterChef-də hakim olana qədər 20 ildən çox Sidney və Adelaidada məşhur restoranları idarə etdi.
Nuranə Məmmədova