Milyarder ixtiraçı, “Tesla”-nın baş direktoru İlon Mask şirkətinin çoxdan gözlənilən tam avtomatlaşdırılmış taksi xidmətinin bu yay istifadəyə veriləcəyini açıqlayıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Tesla robot taksisi 8/8-də təqdim olunacaq”, – deyə Mask özünün X mikrobloqunda yazıb.
Lakin Mask beş il əvvəl Kaliforniyanın Palo Alto şəhərində elektrik avtomobil istehsalçısının baş qərargahında “Tesla”nın investorlar günündə robotaksi ilə bağlı oxşar vədlər vermişdi.
2019-cu ilin aprel ayında keçirilən bir tədbirdə Mask investorlara Teslanın 2020-ci ildə robotaksislərə sahib olacağına çox əmin olduğunu söyləmişdi.
Yeganə