Amerikalı sahibkar İlon Mask “Wall Street Journal”ında narkotik istifadə etməsinə dair iddiaları təkzib edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, iş adamı “X” sosial şəbəkəsində ittihamlara cavab verib.
Daha əvvəl “WSJ” jurnalistləri mənbələrə istinadən İlon Maskın şəxsi məclislərdə narkotikdən istifadə etdiyini bildirmişdilər. Bu davranışı, mətbuatın yazdığına görə, ətrafındakıları narahat edib.
Maskın sözlərinə görə, NASA-nın tələbi ilə o, üç il ərzində təsadüfi dərman testləri keçirib. Bu müddət ərzində onun qanında hətta narkotik maddə və ya spirt izi belə tapılmayıb.
Yeganə