“Tesla” və “SpaceX”-in baş direktoru İlon Mask İsrail prezidenti İsaaq Hersoq ilə Qəzza zolağında Həmas tərəfindən saxlanılan israillilərlə görüşəcək.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, Hersoqun ofisi görüşün bazar günü baş tutacağını bildirib.
Maskın səfəri Qəzza zolağında 240 girovdan 40-nın azad edildiyi 4 günlük atəşkəs dövrünə təsadüf edir.
İsrailin Kanal 12-si Maskın bazar ertəsi baş nazir Benyamin Netanyahu ilə də görüşəcəyini bildirib.
Yeganə