Amerikalı milyarder İlon Mask artıq keçmiş sevgilisi, müğənni Qraymsı (Claire Bouchet) “X” sosial şəbəkəsində izləmir.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Martın 23-də Qrayms İnstaqramda yeni sevgilisi ilə fotosunu yerləşdirib. Xəbərə görə, yeni sevgilisi italyan DJ Matteo Milleridir.
Üç gün sonra Qraymsın paylaşımını görən Mask sosial şəbəkədə onu izləməyi dayandırıb. Həmin gün milyarder narahatlığı və ya depressiyanı sakitləşdirici yazılarla müalicə edəcəyini vəd edən “@healyourdepress” hesabına abunə olub.
Yeganə