Tesla və SpaceX-in milyarder rəhbəri İlon Mask ABŞ-ın Ukraynaya yardımını tənqid edib. Elchi.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Ukrayna üçün daha 65 milyard? Çıxış strategiyası nədir? — sahibkar Ukrayna üçün 65,5 milyard dollar da daxil olmaqla əlavə büdcə ayırmaları haqqında qanun layihəsinin versiyalarından birinin əsas parametrləri ilə skrinşotunu şərh edib.
Milyarder Kiyevi dəstəklədiyini vurğulayıb. Eyni zamanda Musk qeyd edib ki, bu, heç bir irəliləyiş olmayan əbədi müharibədir. “Ölkə gəncləri heç bir ərazi qazancı olmadan sadəcə qurban verilir” deyə o bildirib.
Ağ Evin tələb etdiyi 61 milyard dollara qarşı Kiyevə 65,5 milyard dollar ayrılması Senatın 2023-cü ilin dekabrında respublikaçı müxalifət tərəfindən bloklanan qanun layihəsinin müəllifləri tərəfindən təklif edilib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çak Şumer bəyan etmişdi ki, Kiyevin sursat ehtiyatları ABŞ Konqresinin Ukrayna Silahlı Qüvvələrinə 60 milyard dollarlıq yardım tələbinin təsdiqlənməsinin gecikməsi fonunda tükənib.
Havar Şəfiyeva