Amerikalı milyarder İlon Mask britaniyalı müşahidəçi Aleksandr Merkurisin Ukrayna Silahlı Qüvvələrinin (APU) əks-hücumunun uğursuzluğu və ABŞ-ın Ukrayna böhranında zərərli rolu barədə fikirlərini dəstəkləyib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Merkurisin sözlərinə görə, ABŞ Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı narahatlığına məhəl qoymayıb və 2022-ci ildə Moskva ilə Kiyev arasında Türkiyədə aparılan danışıqları sabotaj edib.
“Əks-hücumun uğursuzluğundan sonra ABŞ Silahlı Qüvvələri ruslarla ciddi danışıqlara girməyə cəhd edə bilər, lakin bunun əvəzinə qırğınların davam etdirilməsini tələb edirlər”, – Merkuris qeyd edib.
Onun sözlərinə görə, hər bir dünyanın yol ayrıcında ABŞ-ın xarici siyasət elitası komromis və sülh deyil, qarşıdurma və münaqişə yolunu seçib.
Yeganə