"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Maşaninin Putini

02 Fevral 2015 - 11:00
in XƏBƏR LENTİ
FacebookVatsap
img1701761Bu günlərdə Maşani adlı rus müğənnisinin “Mənim Putinim” adlı klipinə baxdım. Videonu görmək istəyənlər youtube.da axtara bilərlər. Klipi tapmaq o qədər də çətin olmayacaq, çünki artıq 1,7 milyondan çox adam tərəfindən izlənilib. Klipdə bir qız Putinə sevgisini ifadə eləyir. Amma o qədər duzsuz, o qədər çirkin bir şəkildə ifadə eləyir ki, klip adamda ikrah hissi yaradır. Əlbəttə ki, əsas səbəb Putinin şəxsiyyətidir. Məlum məsələdir ki, Putin kütlədə sevgi doğuracaq bir şəxsiyyətə malik deyil. Əgər belə bir sevgi ifadəsi varsa, deməli, ya yalandır, ya da süni. Putin o adam deyil ki, ona kimsə səmimi qəlbdən vurulsun. (Burada kimsə “ağlı başında olan insan” deməkdir)
Yeri gəlmişkən, bu qızın adı mənə məşhur dialoqu, “Putin-Maşa” əhvalatını xatırlatdı. Həmin məşhur videoda isə Putin ona Müdafiə Nazirliyindəki yeyintilər haqda sual verən Mariya adlı jurnalistə “Əyləşin, Maşa!” demişdi. Qadın isə cavabında “Sağ olun, Vova!” deyib Putini, mədəni dillə desək, sındırmışdı.
Klip sözləri bir yana qoysaq, görüntülərdə propaqanda işi olduğunu aydın göstərir. Müğənni rus bayrağının rəngləri olan paltarda günəşli bir çöldə oxuyur, Ukrayna bayrağından geyindiyi paltarda qaranlıq bir yerdə üzü divara doğru çıxış axtarır. Yəni çox bəsit şəkildə göstərməyə çalışıblar ki, Rusiya güllük-gülüstanlıqdır, Ukrayna isə qaranlıq. Klipi tənqid və ya tərənnüm etmək kimi bir arzum yoxdur, primitiv bir əməyin məhsulu olduğu ortadadır. Bir neçə il əvvəl bir tacik də Putinə klip hazırlamışdı. “VVP” adlı klipdə onun Tanrının hədiyyəsi olduğu deyilirdi. Həmin tacik də bu qız kimi anormal birinə bənzəyirdi. Məsələ burasındadır ki, belə insanlara nə bəstələyirsən, bəstələ, nə yazırsan, yaz, həm mənasız alınacaq, həm də ömrü qısa olacaq.
Bu cür hallar həm Azərbaycanda, həm Türkiyədə şəxsiyyətə pərəstişin tüğyan elədiyi hər bir ölkədə var. Məsələn keçən il Gəncənin icra başçısı Elmar Vəliyevə hansısa bir qəzetdə belə bir “şeir” yazılmışdı.
Xalqımızın mərd oğulları,
Yollanıb Gəncəyə sarı,
Qurub yaradır diyarı,
Biri də Vəliyev Elmardı.
Binaları bir-bir tikdirir,
Hər yerə asfalt tökdürür.
Bağları da genişlədir,
Sayını çoxaldıb əkdirir.
Elmar Vəliyev iş başında,
Gəncəni gəzib dolaşanda.
Gördüklərini yada salanda,
Onlara əncam qılar da.
Bizim ölkədə prezidentdən tutmuş idarə müdirinə qədər hər kəsə şeir, mahnı yazılır. Avtoritar idarə quruluşuna malik olan ölkələr üçün xas olan bu hallar bəzən belə primitiv şəkildə, bəzən isə daha ciddi şəkildə, dövlətin nəzarəti altında aparılır.
Məsələn, SSRİ-də təxminən bu cür idi. Eləcə də bu günkü Şimali Koreyada mübaliğənin, yalançı tərifin, propaqandanın keyfiyyəti nisbətən bir az yaxşıdır, dövlət səviyyəsində aparılır. Şimali Koreyadakı şən və xoşbəxt işçilərə aid posterlər, Kim Çen Ina bəstələnən mahnılar belə primitiv deyil. Düzdür, onlar da ağlamağın, çığır-bağır salmağın ağını çıxarırlar,  amma yenə də baxırsan ki, yox iş “Mənim Putinim” ya da “VVP” kimi bəsit görülməyib, əmək sərf olunub. Yüzlərlə insan bir araya gəlib müxtəlif kartonları birləşdirib böyük təsvirlər yaradır, gözəl rəqslər, maraqlı tədbirlər təşkil eləyirlər, propaqanda dövlət səviyyəsində aparılır.
Əslində bizim kimi bir ayağı modern dünyada, digəri totalitarizmdə olan ölkələrə nisbətən Şimali Koreya daha düzgün yol seçib. Deyiblər ki, iş görürüksə, bunu Maşanilərə buraxmayaq, adam balası kimi görək. Elə totalitar olaq ki, dünya “nə gözəl totalitardırlar” desin. Keyfiyyətsizlik işlərlə gündəmə gəlməyək. Ona görə də onlarda keyfiyyət fərqi var və belə daha yaxşıdır. Çünki kamil bir totalitar olsa da insan, yaxşıdır yarımçıq avtoritarlıqdan.

 

Bunu da oxuyun

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Previous Post

“Sarkisyanın bir dövlət adamının ağzına yaraşmayacaq ifadələrini eynilə ona geri qaytarırıq”

Next Post

Yunanıstan SOCAR-la 400 milyonluq müqaviləni ləğv edir

Bənzər yazılar

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib. Elchi.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, "Sığorta...

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb. Elchi.az xəbər verir ki, bu barədə yerli media Nigeriyanın Milli Daxili Su...

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Bu barədə Elchi.az - a Azərbaycan Voleybol Federasiyasından məlumat...

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05

Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində hava limanına və "Saudi Aramco" neft şirkətinin obyektinə hücum etdiklərini bildiriblər. Elchi.az Al...

Next Post

Yunanıstan SOCAR-la 400 milyonluq müqaviləni ləğv edir

Yunanıstan SOCAR-la 400 milyonluq müqaviləni ləğv edir

Son xəbərlər

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

20 Avqust 2026 - 18:36
Kolumbiya 7,4 bal gücündə zəlzələdən sonra fövqəladə vəziyyət elan etdi

Kolumbiya 7,4 bal gücündə zəlzələdən sonra fövqəladə vəziyyət elan etdi

20 Avqust 2026 - 18:27
“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

20 Avqust 2026 - 18:22
Robot Olimpiadasında şok mənzərə! İki yerə bölündü

Robot Olimpiadasında şok mənzərə! İki yerə bölündü

20 Avqust 2026 - 18:15
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

20 Avqust 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.