ABŞ-dakı Milli Standartlar və Texnologiya İnstitutundan (NIST) iki fizik tərəfindən aparılan araşdırma, Marsdakı saatların Yerdəki saatlarla müqayisədə gündə orta hesabla 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işlədiyini ortaya qoydu.
Elchi.az xəbər verir ki, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, zaman kütlədən təsirlənir və bu fenomen “kvadratik zaman genişlənməsi” adlanır.
Güclü cazibə sahəsindəki saatlar daha zəif cazibə sahəsindəki saatlardan daha yavaş işləyir. Marsın kütləsi Yerin kütləsinin təxminən onda biri olduğundan, səth cazibəsi də daha zəifdir; bu, Marsda zamanın daha sürətli axmasına səbəb olur.
Fiziklər Neil Ashby və Bijunath Patla Mars üçün dəqiq bir zaman ölçmə sistemi hazırladılar. Bu iş əvvəllər Ay üçün hazırlanmış standartların davamıdır və bu standartlar zamanın Yerdəkindən gündə 56 mikrosaniyə daha sürətli axdığını müəyyən etmişdir.
Şayəstə





















