Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya son səfəri zamanı Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
“Əsas müzakirə mövzusu Ermənistan-Türkiyə sərhədi, xüsusən də iyulun ikinci yarısında “Marqara” keçid məntəqəsinin açılmasının mümkünlüyü olub. Türkiyə Prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Paşinyan bir sıra ictimaiyyətə açıqlanmayan görüşlər də keçirib”, – məlumatda deyilir.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər