Zaporojye AES-də təhlükəsizlik vəziyyəti getdikcə yaxşılaşır.
Elchi.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi brifinq zamanı danışıb , onun çıxışı agentliyin saytında dərc olunub.
“Bəli, gördüklərimə görə, vəziyyət yaxşılaşır, lakin dediyim kimi, hərbi münaqişənin olduğunu unutmaq olmaz”, – Qrossi deyib.
O izah edib ki, Zaporojjya AES-ə mümkün hücumlar stansiyanın işini poza bilər və orada işləyən mütəxəssislər buna təsir edə bilməz, ona görə də vəziyyətin sabitliyi qeyri-müəyyən olaraq qalır. Qrossi kimin hücumlarının stansiyaya zərər verə biləcəyini dəqiqləşdirməyib.
MAQATE rəhbərinin Zaporojye AES-ə səfəri fevralın 7-də baş tutub. Qrossi MAQATE əməkdaşlarının və Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Zaporojjya Atom Elektrik Stansiyasının ərazisinə gəlib. Həmin gün stansiyada agentlik müşahidəçilərinin növbəti rotasiyası baş tutub.
Nuranə Məmmədova