"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Manipulyativ və dözümsüz davranışı Valeh Ələsgərova yaraşdırmadım”

27 May 2022 - 17:18
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Arqumentlər zəif olanda gərək şəxsiyyətə hücum etməyəsən”

Bunu da oxuyun

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxuculara təqdim edirik:

– Qüdrət bəy, bu gün “Ələt Azad İqtisadi Zonası” haqqında Qanuna əlavə və düzəlişlər müzakirə olunarkən Sizin çıxışınızdan sonra Valeh Ələsgərov deputatlara səbr arzuladı və xüsusi vurğuladı ki, layihə Prezident Administrasiyası daxil olmaqla bir çox dövlət qurumlarında müzakirə olunub, heç kim Konstitusiyaya zidd heç nə aşkar etməyib və layihə Prezidentin imzası ilə Milli Məclisə daxil olub. Sizcə çıxışınızın hansı hissəsi onu belə qıcıqlandırdı?

– O, indiki təyinatına qədər uzun illər vitse-spiker olmasaydı emosional bir təsərrüfat işçisi kimi dediklərinə əhəmiyyət verməmək də olardı. Vitse-spiker kimi ona hər zaman hörmətlə yanaşmışam. Əvvəla, nəzərə almır ki, Prezident qanun layihələrini Milli Məclisə müzakirə üçün göndərir. Milli Məclis nə toy məclisi deyil ki, ancaq tərif deyilsin, nə də notarial orqan deyil ki, layihələri müzakirələrsiz təsdiq edib geri qaytarsın. İkincisi, Prezidentə dövlət başçısı kimi hamımızın hörməti var və Milli Məclisin müzakirəyə çıxardığı layihələrin təqribən 99.99 % -i Prezidentin imzası ilə gəlir. Bundan başqa, Prezident Milli Məclisin açılış iclasında da söylədi ki, o Milli Məclisdən keyfiyyətli qanunlar gözləyir. Mənim fikirlərimlə Valeh Ələsgərov razı olmaya da bilər, necə ki,Tahir Mirkişili də razılaşmadı, amma fərqli mövqeyini ədəb çərçivəsində ifadə etdi. Sözün doğrusu, o cür manipulyativ və dözümsüz davranışı ona yaraşdırmadım. Arqumentlər zəif olanda gərək şəxsiyyətə hücum etməyəsən. Sualınızın ikinci hissəsi ilə əlaqədar isə düşünürəm ki, onu qıcıqlandıran bəzi dəyişikliklərin Konstitusiyaya zidd olmasını əsaslandırmağım, dəyişikliklərin sahibkarlar arasında ayrıseçkiliyə yol aça biləcəyi ilə bağlı narahatlığımı ifadə etməyim oldu.

– Konkretləşdirə bilərsinizmi?

– Ələt azad iqtisadi zonası gömrük rüsumlarından və vergilərdən azad ərazi kimi ölkəyə xarici investisiya cəlb etmək məqsədilə yaradılmışdı. İndi yerli şirkətlərə də ixracı stimullaşdırmaq adı ilə həmin ərazidə fəaliyyət imkanı yaradılır və Qanunun 24.2-ci maddəsinə görə, onlar Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürə biləcəklər (yəni ofşorlara).

İxracı stimullaşdırmaq lazımdırsa, qəbul edilən qərarlar bütün sahibkarlara şamil olunmalıdı. Prezident qeyri-neft sektorunda ixracı stimullaşdırmaq üçün “İxracın və investisiyaların təşviqi” Fondu yaradıb və ixrac olunan malın gömrük dəyərinin 3%-i dövlət büdcəsi hesabına sahibkara qaytarılır. Bu yetərli deyilsə, əlavə qərarlar qəbul oluna bilər, amma hamı üçün. Konstitusiyanın 149-cu maddəsi tələb edir ki, normativ hüquqi aktlar “bərabər mənafelərə bərabər münasibətə” əsaslanmalıdır.

Bundan başqa, əlavə olunan 16.1-1-ci maddəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər. Bu da Konstitusiyanın 94-cü maddəsinə ziddir. Həmin maddənin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bu səlahiyyət heç bir dövlət orqanına verilə bilməz. Tahir Mirkişilinin “Milli Məclis vergilərin növlərini müəyyənləşdirir,vergi dərəcələrini qanunvericiklə digər dövlət orqanları da müəyyənləşdirə bilər və qanunvericilikdə bu barədə nümunələr var” yanaşması təcrübədə olsa da, Konstitutsiyaya ziddir. Bənzər fikri Komitə iclasında Dövlət Vergi Xidmətinin əməkdaşı Samirə xanım da bəzi mallara aksiz dərəcələrinin Nazirlər Kabineti tərəfindən təyin olunmasını nümunə kimi göstərməklə səsləndirmişdi. Vergilər Məcəlləsinin 190-2-ci maddəsi də bu mənada Konstitusiyanın kobud şəkildə pozulmasıdır. 1991-ci ildə qəbul olunmuş “Aksizlər haqqında” Qanunda da qeyd olunurdu ki, hər il büdcə qanunu ilə yanaşı, aksiz vergilərinə cəlb olunan malların siyahısı və dərəcələri də Milli Məclis tərəfindən təsdiq olunur. Ali nümayəndəli orqanın (parlamentin) iştirakı olmadan heç bir dövlət idarəetməsi hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlətdə vergi dərəcələrini, rüsumları müvafiq icra hakimiyyəti orqanı təkbaşına müəyyən edə bilmir. Bizim Konstitusiya da buna yol vermir.

Layihəni müdafiə edən bəzi şəxslər Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 5.4-cü maddəsinə istinad edərək bildirirlər ki, Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə ola bilər. Bəli, amma fərqli hüquqi tənzimləmə o demək deyil ki, onu fərqli orqan həyata keçirə bilər.Vergi və rüsumlarla bağlı məsələ Milli Məclisin müstəsna səlahiyyətinə aiddir. Normativ Hüquqi Aktlar Konstitusiya Qanununun 2-ci maddəsində deyilir ki, referendumla qəbul edilmiş aktlar, qanunlar, Prezident Fərmanları Konstitusiya ilə ziddiyyət təşkil etdikdə Konstitusiya tətbiq olunur.

Bundan başqa, “Ələt Azad İqtisadi Zonası haqqında” Qanunun 26-cı maddəsinə də dəyişiklik edilir. Həmin normaya görə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr də Azad Zonanın müstəsna yurisdiksiyasına aiddir. Bu isə Konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır. Həmin maddənin 7-ci bəndində deyilir ki, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələri məhkəmələr həll edir. Bu hüquq məhdudlaşdırıla bilməz. Əmək hüquqları insanların fundamental Konstitusion hüququdur. Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsində deyilir ki, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azdlıqların dövlət təminatı Qanunlar qəbul edilməklə qorunur. O cümlədən 94-cü maddənin 16-cı bəndinə görə, Milli Məclis əmək hüquqlarının qorunması və tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsini qəbul edib. Ona görə Azad Zonanın Səlahiyyətli qurumu əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsindən fərqli Qaydalar nəzərdə tuta bilməz. Bunu yalnız Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin normaları nəzərə alınmaqla Milli Məclis qanun qəbul etməklə edə bilər.

Previous Post

“Manipulyativ və dözümsüz davranışı Valeh Ələsgərova yaraşdırmadım”

Next Post

Gənclər Fondunun 10 illik yubileyi qeyd olunub

Bənzər yazılar

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

Next Post
Gənclər Fondunun 10 illik yubileyi qeyd olunub

Gənclər Fondunun 10 illik yubileyi qeyd olunub

Gənclər Fondunun 10 illik yubileyi qeyd olunub

Gənclər Fondunun 10 illik yubileyi qeyd olunub

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.