Bu gün İngiltərə Premyer Liqasında 2014/2015 mövsümünə start verilib.
Qol.Az-ın məlumatına görə, turun ilk günündə 7 qarşılaşma keşirilib.
Mövsümün açılış matçında “Mançester Yunayted” və “Suonsi Siti” komandaları üz-üzə gəib. Yeni mövsüm Lui Van Qal və onun komandası üçün uğursuz startla başlayıb. Görüş “Suonsi Siti”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Arsenal” isə doğma meydanda “Kristal Palas”a qalib gəlib – 2:1.
Turun digər iki oyunu bu gün keçiriləcək. Tura bazar ertəsi keçiriləcək “Börnli” – “Çelsi” matçı ilə yekun vurulacaq.