"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Manatın məzənnəsi 3 il sabit qala bilməz” – Ekspert beynəlxalq reytinq agentliyinin nikbinliyini bölüşmür

27 Fevral 2017 - 08:39
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1.89 manat olacağını ehtimal edir. “Report” agentliyinin məlumatına görə, hesabatda yaxın 3 ildə dünya bazarında “Brent” markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, agentlik 2017-ci ildə neftin orta qiymətinin 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağını gözləyir.
Ancaq qeyd edək ki, agentliyin manatla bağlı bundan öncəki proqnozu özünü doğrultmayıb. Belə ki, ötən ilin aprelində “Fitch”in analitik qrupunun rəhbəri Dmitry Vasiliev 6-12 ay ərzində manatın məzənnəsinin sabit qalacağını söyləmişdi. Lakin bəlli olduğu kimi bu, baş vermədi və 2016-cı ilin oktyabrından başlayaraq manat dollara nisbətən davamlı dəyər itirdi.
Agentlik Azərbaycanın reytinqinə sonuncu dəfə ötən ilin fevralında “əl gəzdirib”. Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirilmişdi. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz “mənfi”dir. Hesabatda bildirilirdi ki, buna səbəb neftin ucuzlaşmasıdır.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov manatın məzənnəsi ilə bağlı öz hesablamalarının olduğunu dedi: “Azərbaycanda neft qiymətləri bugünkü səviyyəsini saxladığı təqdirdə, eyni zamanda bank kreditləşməsi, büdcə xərcləməsi, ixracda qeyri-neft məhsullarının həcmi və digər bu kimi sahələrin dinamikası nəzərə alındıqda, 2017-ci ilin sonuna bizim manat üçün proqnozumuz 2.20 və bunun üzərində olan bir rəqəmdir. Ümumilikdə, 2.20 və 2.50 arası rəqəmlər müşahidə oluna bilər. Ancaq stabilləşmə üçün tərəfimizdən bir ABŞ dollarının dəyəri 2.20 AZN olaraq qiymətləndirilib. Bu hesablamalar aparılarkən daxili və xarici faktorlar, tədiyyə balansının göstəriciləri və eyni zamanda 2016-cı il dekabrın 30-da Mərkəzi Bank tərəfindən pul siyasəti ilə bağlı yayılan hesabatdan götürülmüş tədiyyə balansının kəsiri ehtimalı da nəzərə alınıb. Bu kəsir 5 milyard dollardır. Bu günə qədər bütün ehtimalları məhz Mərkəzi Bank tərəfindən proqnozlaşdırılan 5 milyard kəsir səviyyəsində qurmuşuq. Əgər söhbət yalnız heç bir faktorların dəyişmədiyi və yalnız neftin qiymətinin dəyişdiyi situasiyadan gedirsə, bu zaman tədiyyə balansında olan 5 milyard kəsiri kompensasiya etmək bir qədər çətindir. Belə ki, hazırkı şərtlər daxilində Azərbaycanın ixrac etdiyi neftin qiymətinin təxminən 30-35 dollar həcmində bahalaşmasına ehtiyac var. Yəni, Azərbaycan neftinin il ərzində orta hesabla hər barrelinin 10 dollar bahalaşması nəticəsində, ölkənin əldə etdiyi gəlir təxminən 1.2-1.3 milyard dollar səviyyəsindədir. Belə bir halda 5 milyardlıq kəsiri kompensasiya etmək üçün hazırda biz 55-57 dollara satdığımız nefti təxminən 90 dollara satmalıyıq”.
Ekspertə görə, strateji yol xəritələrinin hazırlanması və bu istiqamətdə fəaliyyətlərin həyata keçirilməsi, növbəti dövrlərdə manatın məzənnəsinin neft faktorundan asılılığını nisbətən zəiflətməyə çalışacaq: “Hələlik isə digər istiqamətlərdə, yəni birbaşa xarici investisiyaların cəlbi, qeyri-neft ixracının artırılması kimi məsələlər həll edilmədiyi müddətcə hökumət çalışacaq ki, Mərkəzi Bank vasitəsi ilə daha sərt pul-kredit siyasəti həyata keçirsin. Yəni hökumət, manat kütləsini tənzimləməklə, müəyyən qədər məzənnənin daha sürətlə dəyişməsinin qarşısını almağa çalışacaq. Ancaq düşünmürəm ki, ”Fitch”in proqnozlaşdırdığı kimi 2019-cu ilə qədər dollar 1.89 manat olacaq. Hesab edirəm ki, 2019-cu ildə bir dollar təxminən 3-3.5 manat səviyyəsinə qalxacaq. Əgər qiymətlər dəyişməsə və digər faktorlar üzrə hazırkı status-kvo qorunarsa, qeyd etdiyim rəqəmləri görəcəyik. Söhbət qeyri-neft sektorunda 2016-cı ildə olduğu kimi azalmanın baş verməsindən və ya sabit qalması halından gedir. Onu da nəzərə almışıq ki, uzun müddət hökumət manat kütləsini cilovlamaqla məzənnə siyasətini həyata keçirə bilməz. Belə olduğu təqdirdə bu, digər iqtisadi sferalara da öz mənfi təsirini göstərər. Necə ki, 2016-cı ildə ölkə iqtisadiyyatında 3.8 faiz kiçilmə baş verdi. Əgər hökumət və Mərkəzi Bank sərt pul siyasətini davam etdirərsə, bu kiçilmə növbəti illərdə də təkrarlana bilər. Ona görə də bu siyasətin uzun müddət davam etdirilə bilinməyəcəyini nəzərə alaraq, hesablamalar aparmışıq. Həmçinin 2018-2019-cu illərdə kreditləşmə səviyyəsinin artırılmasını da nəzərə almışıq. Digər faktorlar dəyişməzsə, belə olduğu təqdirdə dediyim kimi, 1 dollar 3.5 manat səviyyəsinə qədər yüksələcək. Ancaq ümid edirik ki, bu, baş verməyəcək”.
R. Həsənov mart ayı üçün manatın məzənnəsində hansı dəyişikliyin olacağı ilə bağlı da proqnoz verib: “Bəzilərinin söylədiyi kimi dolların 1.30 AZN olma ehtimalı ümumiyyətlə, sıfıra bərabərdir. Ancaq 1.90 ətrafında bir məzənnənin və 2 manat psixoloji həddin hələ ki, mart ayında davam edəcəyini gözləyirik. Hazırkı valyuta tələbi və valyuta bazarında indiki situasiya nəzərə alınarsa, mart ayında tələbin artması fonunda 2 manatlıq psixoloji həddin keçiləcəyini proqnozlaşdırırıq. Bu baxımdan da düşünürəm ki, manatın dollara nisbətdə 1.80-2 AZN arasındakı məzənnəsi bir neçə ay bundan sonra da öz mövcudluğunu qoruyub saxlayacaq”.

Previous Post

“Manatın məzənnəsi 3 il sabit qala bilməz” – Ekspert beynəlxalq reytinq agentliyinin nikbinliyini bölüşmür

Next Post

Mütəllibovun Elçibəy hökumətinə ittihamına sərt reaksiyalar gəldi

Bənzər yazılar

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53

Azərbaycan əmək qabiliyyətli əhalinin ümumi əhali içərisində payına görə dünyada 15-ci yerdə qərarlaşıb. Elchi.az xəbər verir ki, 2025-ci il üzrə...

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac edilib. Elchi.az xəbər verir ki, bu...

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə...

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Next Post

Mütəllibovun Elçibəy hökumətinə ittihamına sərt reaksiyalar gəldi

Mütəllibovun Elçibəy hökumətinə ittihamına sərt reaksiyalar gəldi

Son xəbərlər

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53
Bu gün “Qarabağ”ın matçı var

Bu gün “Qarabağ”ın matçı var

17 Avqust 2026 - 14:44
Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14
“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45
İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30
İstanbul aeroportu rekord qırıb

İstanbul aeroportu rekord qırıb

17 Avqust 2026 - 13:16
Çin yeni bir peyk buraxıb

Çin yeni bir peyk buraxıb

17 Avqust 2026 - 13:00
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

17 Avqust 2026 - 12:52
Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

17 Avqust 2026 - 12:43
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 - 12:30
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.