"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manata basqılar artır – vəziyyət ciddiləşir

09 Noyabr 2016 - 10:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

 Manata basqılar artır - vəziyyət ciddiləşirEkspertlər bildirirlər ki, hökumət də manatın möhkəmlənməsini istəmir

Ölkə əhalisinin yenidən dollara tələbatı artıb. Bu isə həm də növbəti devalvasiya təhlükəsi kimi qiymətləndirilir. Belə ki, ölkədə fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 65,668 milyon ABŞ dollarının xalis satışı həyata keçirilib. 
Mərkəzi Bankdan verilən xəbərə görə, fevral, aprel və may aylarında əhalidən xalis dollar alışı həyata keçirən banklar yenidən satışa keçib. Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis valyuta satışı 280,999 milyon dollar təşkil edib. Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis valyuta satışı 93,525 milyon dollar olub.
Ekspert Rəşad Həsənov musavat.com-a açıqlamasında bildirib ki, hökumət onsuz da manatın kəskin şəkildə möhkəmlənməsində maraqlı deyil: “Valyuta bazarlarında yaranan ajiotajın qarşısının alınması üçün ölkənin sosial-iqtisadi sferasında baş verən mənfi trendlərin çəkilməsi məqsədilə müəyyən önləmələrin həyata keçirilməsinə baxmayaraq, manatın güclənməsini hökumət istəmir. Manatın kəskin şəkildə möhkəmlənməsinə də artıq şərait yaratmayacaq. Amma  ilin sonuna qədər manatın ucuzlaşmamasını təmin etməyə resurslar var”.
Image result for Ekspert Vüqar Bayramov
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub: “Mərkəzi Bankın rezervlərində iyuldan müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. Dollara tələb artmaqda davam edəcək. Arada ”manatın qısa dalğaları” ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən ilin sonunadək idxalın artması, özəl və dövlət müəssisələrinin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq.
Digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq “psixoloji qapının” ağzında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transfertlərinin azalması manata təzyiqi artırır. Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi, Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görsənir. Bütün hallarda isə “dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında” asanlıqla saxlaya biləcək”.
Ekspert Natiq Cəfərli də qeyd edib ki, hökumət manatın ucuz olmasında maraqlıdır: “Hökumət milləti o qədər aldadıb ki, hələ də bəzi vətəndaşlar manatın son günlər ucuzlaşmasını bir ”oyun” kimi görürlər. Düşünürlər ki, bir müddət sonra dollar yenə manata qarşı ucuzlaşa bilər. Oyun çoxdan bitib, ilin sonuna qədər manata birbaşa və dolayı basqılar çox olacaq. Mərkəzi Bankın ehtiyatları yenə psixoloji hədd olan 4 milyard dollara düşüb, bundan aşağı düşməsini hökumət istəmir. Neft Fondu bu il büdcə və büdcədən kənar layihələr üzrə öhdəlikləri yerinə yetirmək üçün təxminən, 5 milyard dollar satmalı idi, artıq 4 milyard 344 milyon dollar satıb. Deməli, son 2 ayda cəmi 650-700 milyon dollar satmalıdır, orta aylıq dollar tələbatı isə ölkədə 600-800 milyon dollar arasındadır. Dekabr ayında isə tələbat sürətlə artacaq, orta aylıq tələbatı keçəcək. Yeni ilə görə idxal mallarının ölkəyə gətirilməsi artacaq və vətəndaşların bir qismi bayramları xaricdə keçirəcək. Hər iki hal dollara tələbatı artıracaq. FES dekabrın 15-16-da faizi artıracaq, deməli, bütün dünyada dollar bahalaşacaq. Neft son günlərdə 11-12 faiz dəyər itirib, yenə də ucuzlaşa bilər. Bütün bu faktorlar manata basqıları artırır, ona görə də dolların bahalaşması davamlı olacaq. Həmçinin hökumət özü də ucuz manatda maraqlıdır kı, Mərkəzi Bankın və Neft Fondunun ehtiyatlarına daha çox qənaət etsin”.
Image result for Ekspert Samir Əliyev
Ekspert Samir Əliyev isə bildirib ki, ilin sonuna kimi dollara tələbat yüksək səviyyədə olacaq. Onun fikrincə, fövqəladə hadisə baş verməsə, ilin sonuna bir dollar 1,80 manat olacaq. “Neft kəskin ucuzlaşmasa, siyasi gərginlik olmasa, maliyyə panikası yaranmasa, ən aşağı rəsmi məzənnə 1,80 olacaq. Amma 2 manatdan da çox ola bilər. Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır.
 
Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? 
Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb”,- deyə ekspert “qafqazinfo.az”a bildirib.
Previous Post

Manata basqılar artır – vəziyyət ciddiləşir

Next Post

Azərbaycanda erməni “izi” olan məhsullar

Bənzər yazılar

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya...

Next Post

Azərbaycanda erməni “izi” olan məhsullar

Azərbaycanda erməni “izi” olan məhsullar

Son xəbərlər

Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Küləkli hava ilə bağlı iki nəfər xəsarət alıb

28 Avqust 2026 - 09:46
Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

28 Avqust 2026 - 09:32
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

28 Avqust 2026 - 09:25
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 Avqust 2026 - 09:14
Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12
“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10
Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

27 Avqust 2026 - 23:04
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı

27 Avqust 2026 - 18:55
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.