"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manat yenə ucuzlaşır – bəs səbəb…

25 Oktyabr 2016 - 08:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

 Manat yenə ucuzlaşır - bəs səbəb...Ekspertlərə görə, ilin sonuna dollar 1,90-1,95 manat ola bilər

Bir neçə gündür ki, milli valyuta olan manat yenidən ucuzlaşmaqdadır. ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 21-də ayın 20-si ilə müqayisədə 0,38 faiz bahalaşaraq 1,6091 manat təşkil edib. Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,17 faiz zəifləyərək 1,7543 manat olub.
Ekspert Vüqar Bayramova görə, sentyabrın ortalarında proqnozlaşdırdığı kimi, manatın qısamüddətli möhkəmlənməsi valyuta bazarımızda dolların güclənməsi ilə əvəz olunmaqdadır: “Manatın möhkəmlənməsi bir neçə həftə davam edə bilərdi. Əslində gözlənilən kimi də oldu. Bununla da təxminən bir aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollara qarşı yenidən dəyər itirməkdədir. Dolların yenidən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısamüddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazar qiyməti azalmağa başladıqdan sonra 11 milyard dollardan artıq vəsaiti artıq xərcləyən Mərkəzi Bankın təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşıb. Daha çox Dövlət Neft Fondunun valyuta təkifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir”.
Ekspertin sözlərinə görə, bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondunun isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi: “Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlər göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsilə manata çevirib. Neft Fondu büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzunmüddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil”.
V.Bayramovun fikrincə, dollara olan tələbin artmaqda davam edəcəyi gözləniləndir: “İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı, eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq. Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq hər barel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam edəcəyini şərtləndirir”.
 
Ekspert Natiq Cəfərli isə manatın ucuzlaşmasına belə şərh verib: “Belə anlaşılır ki, növbədənkənar prezident seçkiləri olmayacaq və nəticədə manat yenə dəyər itirir. Neft isə son 2 gündə 52-53 dollara qədər bahalaşıb. Demək, bizim manat heç bir məntiqə uyğun ”üzmür”. Əgər siyasi faktor aradan qalxdısa, ilin sonuna dollar 1,90-1,95 manat olacaq”.
Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a bildirib ki, son günlər valyuta bazarında ABŞ dollarının bahalaşması meylləri xarici ticarət əməliyyatlarının və ümumilikdə tədiyyə balansının strukturunda baş verən dinamika ilə bağlıdır. Onun sözlərinə görə, Neft Fondundan valyuta bazarlarına edilən hətta böyük həcmdə olsa belə, müvəqqəti və  məhdud intervensiyalar iqtisadi tendensiyaların strateji  istiqamətlərinin dəyişdirilməsi gücündə deyil: “Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatında xarici ticarətin həcmi kiçilməkdədir. Məlumdur ki, bu kiçilmə həm idxal, həm ixrac  sferalarında baş verməkdədir. İxracda baş verən azalmanın daha  kəskin şəkildə reallaşması xarici ticarətdəki müsbət saldonu minimuma endirib. Əgər 5 il əvvəl, neft gəlirlərinin yüksək səviyyədə olduğu dövrdə xarici ticarətdə müsbət saldo ildə 15-16 milyard dollar səviyyəsində qeydə alınırdısa, indi müsbət saldo  təxminən 300 milyon dollar səviyyəsindədir. Yəni bu göstəricinin təxminən 50 dəfə azalması müşahidə olunur. Eyni  zamanda keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət əməliyyatlarının müsbət saldosunda 10 dəfəyə yaxın azalma müşahidə olunmaqdadır”, – deyə ekspert bildirib.
Previous Post

Manat yenə ucuzlaşır – bəs səbəb…

Next Post

“Odda yanmaz” icra başçısı suda “batır”

Bənzər yazılar

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16

Kolumbiya hökuməti İranla diplomatik əlaqələrin rəsmən dayandırıldığını elan edib. Elchi.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi İranla əlaqələrin kəsilməsi...

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09

Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir. Elchi.az xəbər verir ki,...

Next Post

“Odda yanmaz” icra başçısı suda “batır”

Əli Həsənov Türkiyədə danışıqlarda

Son xəbərlər

Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

25 Sentyabr 2026 - 10:42
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

25 Sentyabr 2026 - 10:40
Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

25 Sentyabr 2026 - 10:25

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

25 Sentyabr 2026 - 10:07
DYP: Bakıda pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

25 Sentyabr 2026 - 09:58
DİM bu imtahanın nəticələrini elan etdi

İndiyədək 1300-dən çox şəxs kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqləyib

25 Sentyabr 2026 - 09:50
AIIF 2026 çərçivəsində 12 sənəd imzalanacaq

AIIF 2026 çərçivəsində 12 sənəd imzalanacaq

25 Sentyabr 2026 - 09:41
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 09:33
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib – VİDEO

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib – VİDEO

25 Sentyabr 2026 - 09:24
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

25 Sentyabr 2026 - 09:12
Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.