"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Manat faciəsi – Əhali hökumətin proseslərə müdaxiləsini gözləyir

23 Fevral 2015 - 16:24
in SOSİAL
FacebookVatsap

Ekspertlər bildirirlər ki, Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı əsaslandırması əsl həqiqətləri gizlətməyə xidmət edir 

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Manat faciəsi - Əhali hökumətin proseslərə müdaxiləsini gözləyirÖlkədə “manat faciəsi” yaşanır. Hökumətin verdiyi vədin əksinə olaraq, kəskin devalvasiyaya gedərək, manatı kəskin ucuzlaşdırması cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradıb.
Son olaraq Mərkəzi Bank fevralın 23-nə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsini isə 1,1950 AZN kimi müəyyən edib. Həmçinin Mərkəzi Bankdan bildirilib ki, dollarının rəsmi məzənnəsi fevralın 24-dək 1,05 manat səviyyəsində olacaq.
“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq”, – deyə APA-ya bankın rəsmisi bildirib.
Sosial şəbəkələrdə isə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.
Fevralın 22-də AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir:“21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni” 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.
Paytaxtın valyutadəyişmə məntəqələrində isə sakitlikdir. Vətəndaşlar daha çox manatın məzənnəsini öyrənmək üçün buraya baş çəkirlər. Əksər valyutadəyişmə məntəqələri isə hazırda dollar və manatın alqı-satqısı ilə məşğul olmur, valyuta dəyişmə dayandırılıb.
Valyutadəyişmə məntəqələrinin əməkdaşları musavat.com-un əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, vətəndaşlar çaşqınlıq içindədirlər: “Hamı gəlir, manatın qiymətini soruşur, gedir. Dəyişmək istəyən çox azdır. İşləyən məntəqələr də azdır. Hamımız gözləyirik”.
Vətəndaşlar, həmçinin valyutadəyişmə məntəqələrində çalışanlar qeyd edirlər ki, hamı yuxarılar, rəhbərlik səviyyəsində qərar gözləyir: “Qoy çıxıb desinlər ki, məsələ nə yerdədir. Camaat panikadadır. Hamı bahalaşmadan qorxur, söhbət təkcə manatdan getmir”.
Valyuta satışı ilə məşğul olan Samir Cəfərov bildirir ki, Mərkəzi Bank rəhbərinin sözlərinə aldanan insanlar bir gecədə külli miqdarda maliyyə vəsaiti itiriblər: “Dolları 1,02 manata almışdım, sonra qəflətən 1 manat oldu, sonra 95-ə düşdü. Axşam hətta 87-yə qoymuşdular. Bu epizodların fırlanması nəticəsində itirdim. Axşam 12-13 min dolar pul almışam 95-lə, enib 92-yə, qalmışıq belə… İndi istəyən olsa, sataram istəyən də yoxdur. Hamı gəlir, dəyir, qayıdır. Camaat təlaş içindədir. Ərzaq qalxıb, apteklər bağlıdır, dükanlar bağlıdır. İri firmalar dükanlara mal vermir. Gözləyirlər ki, mallar 40 faiz bahalaşacaq, buna görə mal vermirlər. Özümün banka dollarla kreditim var. 150 dolar idi, ayda 117 manat ödəyirdim, indi 62 manat itirirəm. Bir gecədə Elman Rüstəmov çıxdı və proseslərdə belə xaos yaratdı”.
Pensiyaçı Mübariz Musayev isə deyir ki, baş verənlərdən hamı narahatdır və narazıdır: “Bizim dəyişməyə manatımız yoxdur. Amma bahalaşmadan qorxuruq, ərzaq qalxacaq. 190 manat pensiya alıram. Necə dolanım?”
Manatın məzənnəsi ilə maraqlanan Eldar Süleymanov da deyir ki, bahalaşmanın davam edəcəyindən narahatdır: “Narahatıq, gözləyirik ki, nəsə olsun. Stabil bir qiymət olsun. Bahalaşmadan narahatıq. Bir kisə un 17 manat idi, indi 20 manatdan bahadır”.
Valyutadəyişmə məntəqəsi işlədən Sahib İsayev də deyir ki, əhali daha çox gözləməyə üstünlük verir:“Dövlət başçısının çıxışından başa düşdük ki, yüz manat yüz avroya bərabər olacaq. Onda dollar da 87 nisbətində olmalı idi. Biz də inandıq. Dolları 79-dan satırdıq, qəflətən 1.05 oldu. İndi nə alan var, nə satan. Hamı gözləyir ki, prezident qərar verəcək. Alan gözləyir ki, qiymət enəcək, satan da gözləyir ki, bir az da qalxacaq. Biz Mərkəzi Bankın rəhbərinə inandıq”.
Hazırda 1 ABŞ dollarının bu məntəqələr tərəfindən alışı 92 qəpik, satışı 1 manat 5 qəpikdir.
Ekspertlər isə bildirirlər ki, baş verənlər hökumətin iqtisadi təzyiqlər qarşısında dayana bilmədiyini göstərir. İqtisadçı Qubad İbadoğlu bildirir ki, Mərkəzi Bank məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə açıqlama verəndən 5 gün sonra ölkə üçün “iqtisadi qiyamət” hesab oluna biləcək hadisə yaratdı:“İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə həmin günə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən etdi. Qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul etdiyini rəsmi olaraq, bəyan edən Mərkəzi Bank hazırkı iqtisadi təzyiqlər qarşısında nə qədər aciz olduğunu bir daha nümayiş etdirdi”.
Ekspertin sözlərinə görə, məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidi elan etdikdən 5 gün sonra “şok terapiyası” metodunu seçərək, inzibati qaydada rəsmi olaraq manatın məzənnəsini dollara nisbətdə 33,5 faiz ucuzlaşdırılıb: “Təhlillər göstərir ki, ilin başlanğıcında dövlət büdcəsinin mədaxil hissəsini təmin etmək xeyli çətin olub. Bu yükü əsasən qeyri-neft sektorunun üzərinə qoymaq istəyən fiskal orqanlar sahibkarları hələ 1-ci rüb başa çatmamış ciddi şəkildə dövlət orqanlarından narazı salıblar. Belə davam edəcəyi halda, bu il büdcənin idarə olunmasında ciddi çətinliklərlə üzləşəcəyindən narahat olan hökumət gəlirlərin nominal olaraq, icra olunması üçün monetar üsulla tənzimləməyə qərar vermiş və manatın devalvasiyası yolu ilə 2015-ci il üçün milli iqtisadiyyatın qarşılaşdığı 3 əsas problemin həllinə stimul vermişdir. Bunlar büdcə gəlirlərinin nominal olaraq artımı, müvəqqəti də olsa, alıcılıq qabiliyyətinin yüksəlməsi və valyuta ehtiyatlarının sürətlə azalma tempinin qarşısının alınmasıdır. Mərkəz Bankın bəyanatında göstərilən – milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək – çağırışlara gəlincə, iqtisadçılara bəllidir ki, bu problemləri son illərin şüarına çevirən hazırkı hökumət illərdir ki, onların heç birini həll edə bilmir və manatın devalvasiyası ilə də ona nail ola biləcəyi şübhə doğurur”.
Ekspertin sözlərinə görə, manatın devalvasiyasına dair Mərkəzi Bankın əsaslandırması çox zəif görsənir və yenə də əsl həqiqətləri gizlətməyə xidmət edir.
Onun sözlərinə görə, yalnız ötən ilin dekabr və bu ilin yanvar aylarında bu məqsədlə 2,2 milyard manatdan çox vəsait xərcləyən Mərkəzi Bank baş verənlərin və gözlənilənlərin məsuliyyətini manatın devalvasiyası qərarını verməklə özündən bir az uzaqlaşdırdı: “Bu qərarın fevralın 21-də verilməsini əsaslandırarkən istinad olunan arqumentlərdən biri də hazırda onun sosial təsirlərinin bir neçə ay sonra ilə müqayisədə nisbətən zəif olacağı qənaəti idi. Həqiqətən də əmək bazarına xüsusilə də, dövlət şirkətlərindən çıxarılan ixtisaslı işsizlərin və Rusiyadan geri dönən həmyerlilərimizin hesabına yeni və məhsuldar işçi qüvvəsinin daxil olması, bu bazarda rəqabətin kəskinləşəcəyindən və işsizlərin sayının kütləvi artmasına görə sosial vəziyyətin getdikcə pisləşəcəyindən xəbər verir. Mərkəzi Bank hesab etdi ki, əhali bu yükü götürməyə və devalvasiyanın xərclərini örtməyə indi bir neçə ay sonra ilə müqayisədə daha çox hazırdır”.
Onun sözlərinə görə, baş verənlər göstərdi ki, ölkə iqtisadiyyatı 25 illik keçid dövründən sonra da bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibatı üsullarla tənzimlənir: “Odur ki, böhranqabağı və ya böhran dövründə milli iqtisadiyyatımız özü-özünü tənzimləmək funksiyasına malik deyil. Ölkə iqtisadiyyatı hələ də bir neçə səlahiyyətli şəxsin qərarından asılıdır. Belə olanda da hökümət, parlament və xalq qarşısında məsuliyyət daşımayan şəxslərdən yetərincə əsaslandırılmayan istənilən qərar gözləmək olar. Bu isə çox risklidir və hələ “sonuncu sürpriz” deyil. İnzibatı metodlara üstünlük verilən idarəetmədən yenə də “sürprizlər” gözləmək olar. Odur ki, bu ərəfədə istehlakçılar və iş adamları ehtiyatlı olmalıdırlar. Bu hadisə nümayiş etdirdi ki, heç bir siyası sistem iqtisadi böhrana davam gətirə bilmir və hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib”.
musavat.com

Previous Post

Manat faciəsi – Əhali hökumətin proseslərə müdaxiləsini gözləyir

Next Post

Azərbaycanlı iş adamı Donetskdə itkin düşüb

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post

Azərbaycanlı iş adamı Donetskdə itkin düşüb

Azərbaycanlı iş adamı Donetskdə itkin düşüb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.