Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard Xocalı soyqırımının 25 illiyi ilə bağlı fikirlərini bölüşüb.
Aİ rəsmisi bu barədə sosial şəbəkədəki hesabında yazıb:
“1992-ci ilin fevral ayında Xocalıda həlak olmuş, əzab çəkmiş və evindən didərgin düşmüş Azərbaycan əhalisinin xatirəsini yad edirəm. Hadisələr zamanı öz sevdiklərini itirmiş və ya evlərindən didərgin düşmüş insanların kədərini bölüşürük”.




















Son şərhlər