“Radio France” xəbər verir ki, parlament komitəsi Fransa prezidenti Emmanuel Makronun Uber ilə gizli sövdələşməsi olduğunu müəyyən edib.
Elchi.az bu barədə News.am-a istinadən bildirir.
“Uber və Emmanuel Makron arasında təmasların intensivliyi bizim sistemimizin dövlət qərarlarına şəxsi maraqların təsirini qiymətləndirmək və qarşısını almaqda tamamilə acizliyini göstərir”,-deyə “Radio France” qeyd edib.
Ötən il məlum olub ki, Fransa prezidenti “Uber” şirkətinə xidmətin işi dayandırıldıqdan sonra kömək edib. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) belə bir nəticəyə gəlib.
Yeganə





















Son şərhlər