“Azərbaycan və Ermənistanla münasibətlərdə aparılan “Brüssel prosesi”ndə əsas fiqur Avropa İttifaqı Şurasının sədri Şarl Mişeldir”.
Elchi.az xəbər verir ki, bu barədə jurnalist Xəqani Səfəroğlu FB hesabında qeyd edib.
Onun sözlərinə görə, Fransa prezidenti Makronun bu prosesdə özünü söz sahibi göstərmək istəməsi absurddur:
“Azərbaycan Fransanın neytral vasitəçi imicini ötən 30 ildə tarixə gömülmüş Minsk Qrupunda görüb.
Bakı Parisə bu məsələdə etibar etmir.
Fransanın “erməni kartı” ilə özünü Cənubi Qafqaza soxuşdurmaq və burada Türkiyə əleyhinə alyans yaratmaq cəhdi alınmayacaq.
Avropa İttifaqının “Zəngəzur missiyası” sərhəd demarkasiyasını müşahidə etmək və Üçtərəfli Sazişin bəndlərinin icrasına öz töhfəsini verməkdir”.
Yeganə