Makronun mum heykəli oğurlanıb

Fransanın paytaxtı Parisdə mum muzeyindən prezident Emmanuel Makronun heykəli oğurlanıb.
Elchi.az xəbər verir ki, milli mətbuatda polis mənbələrinə əsaslanan xəbərə görə, oğurluq Parisin 9-cu səmtində məşhur şəxslərin mum heykəllərinin sərgiləndiyi Qrevin Muzeyində baş verib.
İki qadın və bir kişi səhər saatlarında muzeyə daxil olaraq Makronun heykəlini oğurlayıblar.
Greenpeace ətraf mühit təşkilatının üzvləri olduğu bildirilən şübhəlilər içəri daxil olduqdan sonra özlərini muzey işçisi kimi geyiniblər.
Şübhəlilər heykəli parçaya bükərək təcili çıxış yolu ilə muzeydən çıxarıblar.
Əsərin 40 min avro dəyərində olduğu bildirilir.
Şayəstə Hüseynova