Makrondan Liviyaya həmrəylik mesajı

102

Fransa prezidenti Emmanuel Makron sel fəlakəti ilə əlaqədar Liviya ilə həmrəylik mesajı paylaşıb.
Elchi.az xəbər verir ki, X sosial media platformasında verdiyi açıqlamada Makron ölkəsinin daşqından zərər çəkən Liviya xalqı ilə həmrəy olduğunu bildirib.
Seldə həyatını itirənlərin ailələrinə başsağlığı verən Makron Fransanın təcili yardım göstərmək üçün resurslarını səfərbər etdiyini qeyd edib.
Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə təsir edib.
Ölkənin şərqindəki “hökumətin səhiyyə naziri” Osman Abdulcelil, fırtınanın səbəb olduğu yağışlardan sonra meydana gələn daşqınlarda ölənlərin sayının 3 mini keçdiyini açıqlayıb.
Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe dünən 3 günlük “matəm” elan edildiyini açıqlayıb.

Şayəstə Hüseynova