ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə effektiv mübarizə aparmayan Fransa hakimiyyətini tənqid etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Elchi.az -ın xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yayılan kommünikesində deyilir.
Nazirlik ABŞ səfiri Çarlz Kuşnerin ittihamlarını qətiyyətlə rədd edərək onun açıqlamalarını qəbuledilməz adlandırsa da, real vəziyəyi gizlədə bilməyib:
“2023-cü il oktyabrın 7-dən etibarən Fransada antisemitizm aktlarının artması təəssüfləndiyimiz bir reallıqdır. Fransa hakimiyyəti total səfərbərlik nümayiş etdirir, çünki bu hərəkətlər qəbuledilməzdir”.
Qeyd edək ki, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.


















