“Quança”nın oxucuları Makronu Ukraynanın qələbəsi ilə bağlı dediyi sözlərə görə tənqid ediblər
Elchi.az xəbər verir ki, Çinin “Quança” portalının oxucuları Fransa prezidenti Emmanuel Makronu Avropada sülh bərpa olunmayana və Ukraynanın qələbəsinə qədər Kiyevə dəstəyin zəifləməyəcəyi barədə bəyanatına görə tənqid ediblər.
“Qərb heç vaxt Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünməyib. Qərb siyasətçiləri fəaliyyət görkəmi vermək üçün bu sözdə təhlükəsizlik zəmanəti vədlərini verirlər”, – portalın oxucularından biri yazıb.
Digər şərhçi qeyd edib ki, həm Berlin, həm də Paris “Rusiyaya qarşı düşmənçiliklərini açıq şəkildə ifadə ediblər”.
Başqa bir oxucu hesab edir ki, Fransa lideri “Ukraynadakı münaqişəni uzatmaq üçün silah verirsə, Amerika avropalılardan bir o qədər çox pul qazanar”.
Digər şərhçinin fikrincə, Fransa prezidenti Vaşinqtonun maraqlarını müdafiə edir və Ağ Evə “daha çox pul qazanmağa” kömək edir.
“Bir tərəfdən o, Rusiya ilə yaxınlaşmaq istəyir, digər tərəfdən isə Ukraynaya silah tədarükünü davam etdirir”, – başqa bir oxucu əlavə edib.
Xatırladaq ki, daha əvvəl Fransa mediasının oxucuları Makronu Ukraynaya zirehli texnika göndərəcəyinə söz verdiyinə görə tənqid etmiş, ona öz ölkəsindəki problemlərə diqqət yetirməyi tövsiyə etmişdilər.
Şayəstə