Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri yaxın illərdə Rusiyanın mümkün hücumuna hazırlaşmalı olduqları barədə razılığa gəliblər və Ukraynaya maliyyə və hərbi yardım göstərmək üçün daha çox səy göstərilməlidir.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
20-yə yaxın avropalı lider bazar ertəsi Parisdə toplaşaraq Rusiya prezidenti Vladimir Putinə Avropanın Ukrayna ilə bağlı qətiyyəti və Kremlin Rusiyanın müharibədə mütləq qalib gələcəyi ilə bağlı iddialarına qarşı bir siqnal göndərdi.
“Mən qeyd etdim ki, bu masada təmsil olunan bütün ölkələr az-çox dedilər ki, ümumi konsensus ondan ibarətdir ki, biz Rusiyanın bir neçə ildən sonra bu ölkələrə hücumuna hazır olmalıyıq”, – deyə Makron görüşü açaraq deyib.
“Biz hamımız razıyıq ki, Rusiya xalqı ilə müharibə etmək istəmirik, lakin gərginliyi nəzarətdə saxlamaqda qərarlıyıq”.
Ukrayna prezidenti Volodimir Zelenski liderlərlə video vasitəsilə danışarkən Makronun münaqişənin gərginləşməsi ilə bağlı xəbərdarlığını müdafiə edib.
“Biz əmin olmalıyıq ki, Putin nailiyyətlərimizi məhv edə bilməsin və öz təcavüzünü başqa ölkələrə yaymasın”, – o, çağırıb.
Yeganə