Fransa prezidenti Emmanuel Makron ölkə prezidenti Vladimir Zelenskinin səfəri zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı planlaşdırdığını açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Makron Zelenskinin Fransa və Almaniyaya gözlənilən səfərini şərh edib. O, ikitərəfli görüşün fevralın 16-da baş tutacağını təsdiqləyib və Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq planlarını açıqlayıb. Fransa Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş bağlayan ikinci ölkə olacaq.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Legendre Parisin Ukraynaya təhlükəsizlik zəmanəti verməsinin təfərrüatlarını açıqlamışdı.
Havar Şəfiyeva