Makron Ukrayna münaqişəsində Rusiyanın uduzduğunu açıqlayıb

87

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Ukrayna münaqişəsində artıq geosiyasi məğlubiyyət alıb. Elchi.az xəbər verir ki, o, fikirlərini “Lopinion” qəzetinə müsahibəsində bildirib.

Fransa liderinin fikrincə, Moskvanın itkisinə onun Çindən asılılığı, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması göstərilir. Makronun sözlərinə görə, Rusiya Çinin vassal dövlətinə çevrilir.

Qeyd edək ki, eyni zamanda, Fransa prezidenti Rusiya ilə qarşıdurmadan qaçmağın vacibliyinə işarə edərək, Rusiya hərbi yolla qalib gəlməməlidir ifadəsini işlədib.

Havar Şəfiyeva