Makron Paşinyanla Ermənistan və Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

94

Fransa prezidenti Ermənistanın baş naziri ilə telefon danışığı aparıb.
Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Elchi.az xəbər verir ki, Tərəflər Ermənistan-Azərbaycan sərhədində artan gərginliyi müzakirə ediblər. AFP bu barədə şənbə günü, sentyabrın 9-da Yelisey sarayına istinadən məlumat yayıb.
Siyasətçilər arasında söhbətin “Azərbaycanın Ermənistanla sərhəddə və Qarabağ yaxınlığında hərbi resursların toplanması ilə bağlı həyəcanlı xəbərlər kontekstində” baş verdiyi bildirilir. Fransa lideri həmçinin Qarabağda “humanitar böhranın həllinə” sadiqliyini təsdiqləyib.

Şayəstə Hüseynova