“Şimali Atlantika Alyansına üzv olan ölkələr Rusiya Federasiyasına öz niyyətlərini izah edə bilmədilər”.
Elchi.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “LeJournal du Dimanche” nəşrinə müsahibəsində deyib.
Agentlik Fransa prezidentindən sitat gətirir:
“Onun üçün (Makron. – Red. qeyd) alyans Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirmək üçün uyğun alət deyildi və onun üzvləri öz niyyətlərini aydın izah edə bilmədilər”.
Nəşr Makrona istinadən hesab edir ki, Rusiya tərəfi NATO-nun mövqeyini ekspansiya (siyasi və iqtisadi təsirin digər ölkələrə yayılması) kimi qəbul edib.
“LeJournal du Dimanche” materialında deyilir ki, Qərb hərbi blokunun belə mövqeyi Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışını və onun bütün sonrakı hərəkətlərini qismən izah edir.
Daha sonra Rusiya dövlətinin başçısı çıxışı zamanı ABŞ-ın xarici siyasətini tənqid edib, həmçinin NATO-nun genişlənməsinə qarşı çıxıb.
Yeganə