Fransa Qrenlandiyada Danimarkanın təşkil etdiyi birgə NATO təlimlərində iştirak etməyə hazır olduğunu açıqladı. İlk bölmələr artıq əraziyə göndərilib.
Elchi.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə yazıb.
Fransa prezidenti Emmanuel Makron ölkəsinin Danimarkanın Qrenlandiyada təşkil etdiyi birgə hərbi təlimlərdə iştirak edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat “Arctic Endurance” adlandırılıb və ilk fransız bölmələri artıq əraziyə yollanıb.
Makronun sözlərinə görə, Fransanın iştirakı NATO müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək və Arktika regionunda təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
İlk bölmələr göndərildikdən sonra müxtəlif iqlim və taktiki şəraitdə hərtərəfli təlim keçməyə imkan verən əlavə hərbi kontingentlər gələcək.
Yeganə





















