Fransa Prezidenti Emmanuel Makron sosial mediada ABŞ hökumətinin Daxili Bazar və Rəqəmsal Xidmətlər üzrə keçmiş komissarı Tyerri Breton və bir neçə digər avropalı üçün ABŞ-a girişi qadağan etmək qərarını pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə Makron sosial mediada yazıb.
“Fransa ABŞ-ın Thierry Breton və digər dörd Avropalı şəxs üçün viza məhdudiyyəti qərarını pisləyir” – bildirib.
O, bunu Aİ-nin rəqəmsal suverenliyinə qarşı “qorxutma və məcburetmə aktı” kimi xarakterizə edib. Fransa lideri vurğulayıb ki, Vaşinqtonun tənqid etdiyi Aİ-nin rəqəmsal tənzimləmələri Avropa Parlamenti və Aİ Şurası tərəfindən “demokratik və suveren prosesin nəticəsi olaraq” qəbul edilib. Makron qeyd edib ki, onlar “platformalar arasında ədalətli rəqabət”i təmin edir.
Məryəm





















