Makqreqor: ABŞ Ukraynanı yeni Koreya etmək niyyətindədir

94

Onun sözlərinə görə, Moskva bu planların gerçəkləşməsinə imkan verməyəcək.
Elchi.az xəbər verir ki, ABŞ Ukrayna münaqişəsini dondurmağı və ölkəni Koreya kimi iki dövlətə bölməyi planlaşdırır, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
“Vaşinqton Ukraynanı Koreyaya çevirmək, demilitarizasiya zonası yaratmaq və öz qoşunlarını Ukraynanın qərbində yerləşdirmək istəyir”, – ekspert bildirib.
Bundan əlavə, o əlavə edib ki, ABŞ Rusiya ilə həmsərhəd bölgələrdə hərbi mövcudluq yaratmaq üçün Ukraynanın daha da parçalanması ilə münaqişəni dondurmağa çalışır. Moskva bu planların gerçəkləşməsinə imkan verməyəcək.
“Bu istək yalnız onların nə qədər tamamilə axmaq olduqlarını göstərir. Bu, sadəcə mənasızdır”, – keçmiş məsləhətçi yekunlaşdırıb.

Şayəstə Hüseynova