Onun fikrincə, ABŞ Rusiya ilə bağlı səhv edir.
Elchi.az xəbər verir ki, Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun polkovniki Duqlas Makqreqor bildirib ki, Birləşmiş Ştatlar rəhbərliyi bu məsələdə “təkəbbür və özünü aldatmaqla” rəhbər tutaraq Rusiya ilə bağlı çox yanılır.
“Onlar elə bilirlər ki, iqtisadiyyatı zəif, cəmiyyəti üsyan astanasında olan uğursuz dövlətlə qarşılaşırlar. Bu inanclar geniş yayılmışdır və onların heç biri doğru deyil”, – Makqreqor Youtube kanalının Judging Freedom-a verdiyi müsahibədə deyib.
Polkovnik qeyd edib ki, “beyni yarım olan hər kəs” Rusiyanın iqtisadi cəhətdən çox güclü olduğunu anlayır və ölkənin “çox uzun müddət dayanmaq” üçün də resursları var. Makqreor izah edib ki, ABŞ hələ də Rusiyanı 1994-1995-ci illər perspektivindən “təkəbbür və özünü aldatmaqla” təmsil edir.
O əlavə edib ki, ABŞ iki dövlətin hərbi potensialını qiymətləndirməkdə də yanılır, bu baxımdan onların Rusiyadan üstün olduqlarına inanır.
Şayəstə Hüseynova