"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Mahmudovçular”ın Afrikadakı “səfiri” – şok iddia

14 Dekabr 2015 - 12:00
in GÜNDƏM, MANŞET
FacebookVatsap

“Mahmudovçular”ın  Afrikadakı “səfiri” - şok iddia

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Eldar Mahmudovun brilyant biznesi səfirin karyerasını bitirə bilər; MTN rəhbərliyi brilyant trafikini xaricdən yönləndirmək üçün bizimlә ticarət dövriyyəsi cəmi 2 milyon dollar olan CAR-da səfirlik açılmasına nail olub; Akif Çovdarov isə səfir postuna həmyerlisi Elxan Poluxovun təyin edilməsinə çalışıb; Poluxovun hələ binası olmayan, həm də uzaq Afrikaya səfir göndərilməsi o zaman da bəzi suallar yaratmışdı…

Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılmasından iki aya yaxın müddət keçsə də,  sabiq nazirin dövründə  Milli Təhlükəsizlik Nazirliyində baş vermiş olaylar hələ də medianın əsas mövzusu olaraq qalmaqdadır.  E. Mahmudovun istefaya göndərilməsi ilə MTN-də başlamış həbslər, bu strukturda ciddi kadr dəyişiklikləri davam edir. Nazir əvəzi təyin edilən Mədət Quliyevin verdiyi son məlumata görə, nazirlikdə 250-dək yararsız, “mahmudovçu”  kadr işdən uzaqlaşdırılıb. Nazirliyin rəhbər kadrlarının yarıdan çoxu, o cümlədən şöbə rəisləri, bir neçə rayon MTN-in rəisləri artıq işdən uzaqlaşdırılıb.
Məlumata görə, işdən uzaqlaşdırılanlar arasında Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan MTN əməkdaşları da var. Məlumata görə, E.Mahmudovun dipkorpuslara yerləşdirdiyi adamların bəziləri xaricdə üzərinə düşən vəzifəni deyil, sabiq nazirin və indi həbsdə olan generalların biznesinə nəzarəti həyata keçirdiblər.
“Mahmudovçular”ın brilyant biznesini monopoliyaya aldığı barədə ötən saylarımızda xəbər vermişdik. Bildirilirdi ki, MTN brilyant trafikini 2007-ci ildə – AZAL-ın təhlükəsizlik xidmətində qalmaqallı həbslərdən sonra nəzarətə keçirib. MTN-in keçirdiyi həmin əməliyyat zamanı AZAL-ın Təhlükəsizlik Xidmətinin rəisi Emil Süleymanov, eləcə də MTN-in Binə Hava Limanındakı şöbəsinin rəisi Rafət Əliyev də daxil olmaqla, daha bir neçə nəfər “Rusiyanın xeyrinə casusluq ittihamı” ilə həbs edilmişdilər. İddia olunur ki, əslində bu həbslərdə məqsəd hava limanında brilyant idxalına nəzarəti ələ götürmək olub.
“Yeni Müsavat”ın özəl mənbələrdən əldə etdiyi sensasion məlumata görə, MTN rəhbərliyi brilyant trafikini xaricdən yönləndirmək üçün Xarici İşlər Nazirliyindən “səfir postu” belə almağa nail olub. Söhbət 2011-ci ildə Cənubi Afrika Respublikasında yaradılmış səfirlikdən gedir. Qaynağımız iddia edir ki, Azərbaycanla cəmi 2 milyon dollar ticari əlaqələri olan uzaq CAR-da səfirlik yaradılması E.Mahmudovun dəstəyi ilə baş tutub, hətta səfirlik binasının icarəsi və digər işlər üçün lazımi maddi dəstək də göstərilib.
Bu işdə isə əsas fiqurant  MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan  general-mayor Akif Çovdarov olub. Mənbə deyib ki, A.Çovdarov yeni yaradılmış səfir postuna həmyerlisi, XİN-in mətbuat katibi Elxan Poluxovun təyin edilməsinə çalışıb. Xəbərdə o da deyilir ki, 1992-ci ildə Sankt-Peterburqda tarix fakültəsini bitirən, Bakıda Qərb Universitetində dərs deyən E.Poluxovun XİN-də irəli çəkilməsində A.Çovdarovun ciddi rolu olub.
2011-si ilin avqustunda E.Poluxovun CAR-da ( həm də Anqola, Zimbabve və Mozambik ölkələrində ) səfir təyin olunması təəccüblə qarşılanmışdı. Çünki ondan əvvəl mətbuat katiblərindən biri Çexiyaya səfir, digər isə NATO-da daimi nümayəndəyə rəhbər təyin olunmuşdu. E.Poluxovun isə hələ binası olmayan, həm də uzaq Afrikaya səfir göndərilməsi bəzi suallar yaratmışdı. E.Poluxov isə mətbuata müsahibələrində məmnun görünürdü. İddiaya görə, MTN-in indi ifşa olunan generalları ucuz brilyantları məhz CAR-dan və qonşu Afrika ölkələrindən gəlirmiş.
Mümkündür ki, “mahmudovçu” dəstə ixtiyarlarında olan onlarla şirkətləri vasitəsilə brilyantı Afrikadan alırmışlar və səfirlik bu işdə yalnız vasitəçi rolunu oynayıb. Amma məlumata görə, E.Mahmudovun istefaya göndərilməsindən sonra Poluxovun da səfir vəzifəsindən geri çağırılması gözlənilir. Cənubi Afrika Respublikası ən çox brilyanta sahib olan ölkələr siyahısında 5-ci yerdə dayanır. Bu ölkədə brilyant həddindən çoxdur. Ölkə iqtisadiyyatının böyük hissəsi brilyant istehsalından gələn gəlirlərə istinad edir. 
 
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyanın da  illərdir qanlı vətəndaş müharibəsi içərisində olan Sierra-Leonada (Afrika qitəsində yerləşir) almaz biznesi var. Araşdırmalar göstərir ki, Ermənistan prezidenti və baş naziri, Xarici İşlər Nazirliyi, ali kilsə rəhbərliyi və hətta kriminal-oliqarx iş adamından ibarət mütəşəkkil şəbəkə bu Afrika ölkəsindən qaynaqlanan mürəkkəb və çirkli almaz biznesi ilə məşğuldur. Ermənistanın almaz mafiyasının marketinq və Afrikada yeni bazarlar tapmaq tapşırığını isə  xarici işlər naziri Edvard Nalbəndyan yerinə yetirir. 
İddialarla bağlı CAR-ın paytaxtı Pretoriyada yerləşən səfirliklə  ((+2712) 347 79 69) əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı. Mövzuya dair XİN-in də mövqeyini almağa çalışacağıq. 
Previous Post

“Mahmudovçular”ın Afrikadakı “səfiri” – şok iddia

Next Post

Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

14 Sentyabr 2026 - 16:00

"Fars körfəzində artan qeyri-sabitlik fonunda qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

14 Sentyabr 2026 - 15:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Next Post

Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.